RU

Naməlum məşhurlar - TARİXİ FOTO

Azərbaycan SSR tarixində elmi, mədəni və ictimai fəaliyyəti ilə seçilən qadınlar az olmayıb. Onlardan biri də Azərbaycanda ilk dəfə muzey nəzdində sualtı arxeoloqlar qrupunu yaradan tanınmış alim Püstəxanım Əzizbəyovadır. Lakin bu dəfə onun fəaliyyəti deyil, gənclik illərindən qalan nadir fotoşəkil diqqət çəkir.

Modern.az xəbər verir ki, Azər Sarabskinin də yer aldığı bu foto Məşədi Əzizbəyovun nəvəsi Püstəxanım Əzizbəyova ilə birgə imtahana hazırlaşarkən, ötən əsrin 50-ci illərində çəkilib. 

1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirən Püstəxanım Əzizbəyova tələbəlik illərindən Azərbaycanın görkəmli teatr və opera sənətinin banilərindən olan Hüseyn Sarabskinin oğlu Azər Sarabski ilə yaxın dostluq edib.

Şəkildə kitab arxasında əyləşən qadın Püstə Əzizbəyovadır. O, 1929-cu il dekabrın 29-da Bakıda, ilk marksist azərbaycanlı olan Məşədi Əzizbəyovun oğlu Əziz ağa Əzizbəyovun ailəsində anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirəndən sonra o, bir müddət Məşədi Əzizbəyovun ev-muzeyinin direktoru işləyib. 

P.Əzizbəyova 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib.
O, pedaqoji fəaliyyətlə də məşğul olub və Bakının müxtəlif ali məktəblərində dərs demiş, 1955-ci ildə dosent, 1962-ci ildə isə professor adını almışdır.

Püstə xanım hələ tələbə ikən 1948-ci ildə Mərkəzi Lenin Muzeyində ekskursiyaçı işləməyə başlayır, sonra isə orada filialının direktoru və bölmə müdiri olmuşdur. 1955-ci ildə o, Azərbaycan Tarixi Muzeyinin Ən yeni tarix şöbəsinin müdiri vəzifəsində çalışmağa başlayır. 1961-ci ildə muzeyin direktoru təyin olunan P.Əzizbəyova ömrünün sonunadək, - 1998-ci ilə kimi bu vəzifədə işləyir. Onun fəaliyyəti dövründə bu muzey Elmlər Akademiyasının geniş ekspozisiya və ciddi araşdırma işinin görüldüyü mühüm elmi tədqiqat müəssisəsinə çevrilir. Püstə Əzizbəyova muzeyə rəhbərlik etdiyi dövrdə Azərbaycanda ilk dəfə olaraq muzey nəzdində sualtı arxeoloqlar qrupu yaradılıb. Həmin qrupa muzey əməkdaşı V. Kvaçidze rəhbərlik edib.

O, bir çox monoqrafiya və müxtəlif həcmli nəşrlərin, o cümlədən 300-ə yaxın məqalənin müəllifidir. Püstə xanım 1968-ci ildə Sovet Qadınları Komitəsinin, 1964-cü ildə isə Amerika Muzeylər Assosiasiyasının üzvü olub.

Şəkildə təsvir olunan Azər Sarabski isə tanınmış teatr araşdırmaçısıdır. O, ömürünün çox hissəsini Milli Elmlər Akademiyasının Memarlıq və İnscənət İnstitutuna sərf edib. Burada o, Azərbaycan etatr mədəniyyətinin araşdırılması ilə məşğul olub. Onun "Azərbaycan musiqi teatrının yaranması və inkişafı" tədqiqat kitabı bu gün də ölkəmizin mədəniyyətşünaslarının, kulturoloqlarının stolüstü kitabıdır. 

Alim “Şərəf nişanı” ordeni ilə təltif edilib.

Püsta Əzizbəyova 1998-ci il yanvarın 8-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Избранный
50
1
modern.az

10Источники