RU

KOB evlərində sahibkarlara göstərilən xidmət sayı açıqlanıb

Azərbaycandakı KOB evlərində ötən il sahibkarlara ümumilikdə 543 033 xidmət göstərilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, bu xidmətlərin 327 minə yaxını "Bakı KOB evi"nin, 131 mindən çoxu "Yevlax KOB evi"nin, 18 minə yaxını "Xaçmaz KOB evi"nin, 67 mindən çoxu isə "Xaçmaz KOB evi"nin "Food City" Aqroparkında yerləşən xidmət mərkəzinin payına düşüb.

KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 496 minə yaxınını dövlət qurumları ("G2B"), 47 mindən çoxunu isə biznes qurumları ("B2B") təqdim edib.

Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması və vergi ilə bağlı digər məsələlər, gömrük, kommunal, bank xidmətlərindən istifadə üçün müraciət ediblər. İş adamlarının xidmətlərdən məmnunluq səviyyəsi 98 % təşkil edib.

KOB evləri KOBİA-nın strukturuna daxildir. Onlarda ümumilikdə 50-dən çox dövlət və özəl qurum sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox "G2B" və "B2B" xidmətləri göstərir.

"Cebheinfo.az"

Избранный
26
11
cebheinfo.az

10Источники