Hər il Bakıda qar təmizləyən texnikalar hazır vəziyyətə gətirilib deyilsə də, xoşa gəlməz vəziyyətin şahidi oluruq.
NOCOMMENT.az xəbər verir ki, Bakıda qar təmizləmə avadanlıqları olsa da, qadın işçilər yenə fiziki güc tətbiq edərək qar təmizləməyə məcbur qalıb.
Paytaxtın Səbail rayonunda yol kənarlarında çalışan qadın kommunal işçilərin əlində bellə qar təmizləməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yayılan görüntülərdə bir neçə qadın işçinin avtomobillərin hərəkət etdiyi yolda buz və qar təbəqəsini təmizlədiyi görünür. Sosial şəbəkə istifadəçiləri bunun həm təhlükəli, həm də qeyri-effektiv olduğunu bildirərək, narazılıqlarını ifadə ediblər.
Videonu təqdim edirik: