RU

Azərbaycanda 7 bankın faiz gəlirləri 20%-dən çox artıb

2025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların faiz gəlirlərinin illik artım dinamikası açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bəzi bankların gəlirlərində yüksək artım templəri müşahidə olunub.

Renkinqə "Ziraat Bank Azərbaycan" ASC başçılıq edir. Bankın faiz gəlirləri illik müqayisədə 55,1% artaraq mütləq ifadədə 30 milyon 7 min manat böyüyüb.

İkinci yerdə "Kapital Bank" ASC qərarlaşıb. Bankın gəlirləri 38,8% artıb. Qeyd edək ki, mütləq ifadədə ən böyük artım məhz bu bankda qeydə alınıb – 329 milyon 823 min manat.

"Bank Respublika" ASC 26,6% artım tempi ilə üçüncü sırada yer alıb (mütləq artım 62 milyon 969 min manat). "Xalq Bank" ASC-də isə faiz gəlirləri 24,3% və ya 44 milyon 676 min manat artıb və dördüncü olub.

Digər banklardakı artım göstəriciləri aşağıdakı kimidir:

"Bank VTB (Azərbaycan)" ASC-də 24,0% və ya 7 milyon 834 min manat, "Expressbank" ASC-də isə 20,8% və ya 14 milyon 245 min manat artım qeydə alınıb.

Siyahını "Rabitəbank" ASC tamamlayır. Bankın faiz gəlirləri 20,4% və ya 23 milyon 300 min manat artıb.

Избранный
14
fed.az

1Источники