RU

Azərbaycanlı müğənni ad günü yarımadada, sonra adada

Nərmin Kərimbəyova 41 yaşını Qətərdə qeyd edib.

"Yeni Sabah" xəbər verir ki, səfərindən yeni görüntülər paylaşan ifaçı, Qətərə ilk dəfə səyahətini, bu yaşın ona qatdığı özəllikləri sevənləri ilə bölüşüb.

"41-ci doğum günümü yeni ölkədə, adada qarşılamağa qərar verdim. Heç vaxt səyahət etmədiyim ölkəni - Qətəri seçdim və qızımla birgə paytaxt Dohadan 30 dəqiqəlik məsafədə (gəmi ilə) yerləşən Banana adasına gəldim.

Burada yeni ruhi təcrübələrimə başlamışam və həyatıma yeniliklər gətirirəm. Yeni yaşımda və gələcək həyatımda dinləyicilərimə tək musiqilərimlə yox, həm də yeni ruhsal fəaliyyətlərimlə faydalı olacağıma inanıram. Bu həyatı artıq yeni nəfəslə yaşamağa başlayıram. Dərindən və balansda.

Hamınızı sevirəm. Tezliklə yeni mahnımız da gəlir. Sevgilərlə".

Xatırladaq ki, əslində, Qətər ada deyil, yarımadadır. Yarımadanın ətrafında isə bir neçə ada mövcuddur. "Banana" adlanan adanın əsl adı isə Əl-Safliyədir.


Telegram kanalımız
Избранный
78
4
yenisabah.az

7Источники