RU

5 bankın balans kapitalı 20%-dən çox böyüdü- rəqiblərini geridə qoydu

2025-ci ilin yekunlarına  əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların balans kapitalının illik artım dinamikası açıqlanıb.

Modern.az xəbər verir ki, hesabat dövründə bir sıra bankların kapital mövqeyində əhəmiyyətli güclənmə müşahidə olunub.

Renkinqə "AccessBank" QSC başçılıq edir. Bankın balans kapitalı illik müqayisədə 28,5% artaraq mütləq ifadədə 51 milyon 553 min manat böyüyüb.

İkinci yerdə "Kapital Bank" ASC qərarlaşıb. Bankın kapitalı 27,0% artıb. Qeyd edək ki, mütləq ifadədə ən böyük artım məhz bu bankda qeydə alınıb – 250 milyon 395 min manat.

"Bank Respublika" ASC 25,6% artım tempi ilə üçüncü sırada yer alıb (mütləq artım 50 milyon 765 min manat). "Yelo Bank" ASC-də isə kapital 22,6% və ya 32 milyon 501 min manat artıb və dördüncü olub.

Siyahının ilk beşliyini "Ziraat Bank Azərbaycan" ASC tamamlayır. Bankın balans kapitalı 20,3% və ya 27 milyon 133 min manat artıb

Избранный
17
2
modern.az

3Источники