RU

Manaf Ağayevdən qadın həmkarına sərt sözlər: “Səni Türkiyəyə, Dubaya aparmışdım...”

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Əlindən tutub səhnəyə gətirdiyim, istər maddi, istərsə də mənəvi dəstək olduğum insan indi deyir ki, bu yerə özüm gəlmişəm, hər şeyi özüm etmişəm. Yanıb-tökülürəm. Sənin görmədiyin pulları sənə vermişdim”.Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Tarixin bir günü” verilişində deyib.Müğənni ad çəkmədən həmkarı Sevil İskəndərliyə sərt sözlər ünvanlayıb:“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya, dünyanın hər yerinə aparıtdım. İndi necə deyə bilərsən ki, bunları özün etmisən? Allahdan qorxmursan?!”Xatırladaq ki, müğənni Sevil İskəndərli bir neçə gün öncə efirdə belə bir açıqlama vermişdi:“Manaf Ağayevlə 5 il toylara getmişik. Amma mənim bu sənətə gəlişimə Manaf Ağayev dəstək olmayıb, dəstəyim Allah olub. Özüm öz gücümlə bu yerə gəlmişəm”.Onun bu açıqlaması Manaf Ağayevi özündən çıxartmışdı və açıqlamalarında ad çəkmədən həmkarını nankor adlandırmışdı. (Musavat.com)Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
4
bizim.media

5Источники