RU

Bakı klubu Kosovadan ayrılan futbolçu ilə uzunmüddətli müqavilə imzaladı

Azərbaycan I Liqasının lideri "Şəfa" heyətini yeni oyunçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Bakı klubu Kosovoda legioner həyatı yaşayan Elmir Tağıyevlə anlaşıb. 

Məlumatı klubum mətbuat xidməti yayıb.

25 yaşlı futbolçu ilə uzunmüddətli - "5+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, yarımmüdafiəçinin son klubu Kosovo təmsilçisi "Drenitsa" olub.

Избранный
20
fanat.az

1Источники