RU

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

525.az-a Akademiyadan bildirilib ki, əvvəlcə AMEA-nın Kimya Elmləri Bölməsi (KEB) və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2025-ci il nailiyyətlərini əks etdirən sərgi təqdim olunub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Kimya Elmləri Bölməsinin optimallaşma və struktur islahatları çərçivəsində keyfiyyətcə yeni inkişaf mərhələsində olduğunu bildirib, Elm və Təhsil Nazirliyinin fəaliyyətini və innovativ idarəetmə yanaşmalarını yüksək qiymətləndirib.

Bildirilib ki, tədqiqatlar 2021–2025-ci illər üçün prioritet istiqamətlərə və dövlət proqramlarına uyğun aparılıb. Hesabat ilində 12 problem, 41 mövzu və 110 iş üzrə araşdırmalar həyata keçirilib; 505 məqalə dərc olunub, 263-ü xarici nəşrlərdə çap edilib, 7300-dən çox istinad alıb. Həmçinin 47 kitab və monoqrafiya nəşr olunub, 184 məqalə Scopus-da, 104 məqalə “Web of Science”də indeksləşib, 49 patent əldə olunub. Rəyasət Heyəti bölmənin fəaliyyətini məqbul hesab edib və tədqiqatların “Rəqəmsal İnkişaf Konsepsiyası” və “Süni İntellekt Strategiyası”na uyğun genişləndirilməsini, mineral ehtiyatlardan səmərəli istifadə, “yaşıl artım”, müdafiə və innovativ polimer materiallar, sənaye tullantılarının təmizlənməsi və dərman maddələrinin effektivliyinin artırılmasına üstünlük verilməsini tapşırıb. Gənclərin elmə cəlb olunması və kimya elminin populyarlaşdırılması da prioritet elan olunub.

Daha sonra “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2025-ci il üzrə fəaliyyəti barədə hesabat dinlənilib. Direktor müavini professor Şaiq İbrahimov bildirib ki, əsas diqqət Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Ensiklopediyası” və Azərbaycan Milli Ensiklopediyasının növbəti cildlərinə yönəldilib. Ensiklopediyada Ümummilli Liderin dövlət quruculuğu, Konstitusiyanın hazırlanması, ordu və milli təhlükəsizlik, sosial-iqtisadi inkişaf, təhsil, elm, mədəniyyət və beynəlxalq əlaqələrdə fəaliyyəti əhatə olunacaq. Hazırda 800-ə yaxın məqalənin ilkin variantı hazırlanıb, 300-dən çoxu redaktə olunub.

Eyni zamanda, 2025-ci ildə Azərbaycan Milli Ensiklopediyasının 600 səhifəlik 11-ci cildi çapdan çıxıb. Bundan başqa, 12-ci cild üçün məqalələrin ilkin variantları hazırlanaraq müvafiq elmi-ədəbi nəzarət və biblioqrafiya redaksiyalarına təqdim edilib. Hesabat ili ərzində növbəti cildlər üçün ümumilikdə 2313 məqalə hazırlanıb, onlardan 1367-si yoxlanılaraq redaktə edilib.

Məruzənin dinlənildikdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2025-ci il üzrə fəaliyyəti məqbul hesab edilib və müvafiq qərar qəbul olunub.

İclasda təqdim olunan hesabatlar ətrafında çıxış olub. Çıxışçılar beynəlxalq standartlara uyğun qiymətləndirmə, reytinq və istinad göstəricilərinin artırılması, yüksək nəticə göstərən tədqiqatçıların stimullaşdırılması və mükafatlandırılması, süni intellekt texnologiyalarının tətbiqi, elmi statistikanın müasir metodlarla hazırlanması və beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıblar.

Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Kimya Elmlər Bölməsinin və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.

İclasın yekununda çıxış edən İ.Həbibbəyli çıxışında AMEA-da hesabatların yeni elmi-metodoloji standartlara uyğun keçirildiyini, elmdə keyfiyyət və səmərəliliyin artırılması məqsədilə hesabatların müasir meyarlara uyğunlaşdırılmasının əsas tələblərdən biri kimi müəyyənləşdirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
3
525.az

4Источники