AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Kanadanın “The Financial Post (FP)” nəşri belə məlumata yayıb.
“ABŞ prezidenti Donald Trampın müttəfiqlərə qarşı iqtisadi təzyiqdən istifadə etməyə hazır olması, onun hədəfə aldığı ölkələrin öz qüvvələrini birləşdirməsi ehtimalını artırır. Həmin dövlətlər bu kontekstdə ABŞ xəzinədarlığının səhmlərini, hətta daha geniş miqyasda Amerika sərmayəsini əhatələyən əlaqələndirilmiş “Amerikanı sat” strategiyası ilə mübarizə apara bilərlər”, - portal yazır.
Xatırladaq ki, Danimarkanın Pensiya fondunun rəsmisi bu həftə təşkilatın ABŞ xəzinədarlığının 100 milyon dollarlıq istiqrazlarını satmaq niyyətində olduğunu açıqlayıb.
Bununla belə, ABŞ-nin Danimarkaya olan dövlət borcunun məbləği çox cüzidir. Eyni zamanda ABŞ-nin Avropa İttifaqı ölkələri qarşısında ümumi borc öhdəlikləri təxminən 8 trilyon dollar təşkil edir. Yaponiya, Çin və Kanadanın hər birisi qarşısında isə bu öhdəlik 2 trilyon dollardan çoxdur.
Almaniyanın “Deutsche Bank”ı daha əvvəl açıqlamışdı ki, Avropa ABŞ ilə qarşıdurmanın yeni mərhələsinə cavab olaraq Amerika aktivlərini satmağa başlaya bilər. Bu isə son nəticədə dolların kəskin zəifləməsinə səbəb ola bilər.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта