RU

"Neftçi"nin müdafiəçisi: "Biz daha yaxşı görünəcəyik"

"Neftçi"nin futbolçusu Elvin Bədəlov Misli Premyer Liqasının 17-ci turunda "Zirə" ilə 0:0 hesablı heç-heçə ilə bağlı danışıb.

Sportal.az açıqlama verən müdafiəçi bunları deyib:

"Gözlənildiyi kimi, çətin oyun oldu. Meydanda daha çox mübarizə gedirdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Qol şansları az oldu. Bir qol nəticəni həll edə bilərdi. İlk matçlar həmişə çətin keçir. Bir və ya iki oyun daha asan olacaq və biz daha yaxşı görünəcəyik. Yaxşı təlim-məşq toplanışı keçirdik və fiziki hazırlığımızı yaxşılaşdırdıq. Komanda indi bu baxımdan özünü daha yaxşı hiss edir. Mövsümün qalan hissəsi nə qədər hazır olduğumuzu açıq şəkildə göstərəcək. Məqsədlərimizə çatmaq uğrunda mübarizə aparacağıq. Avrokuboklar şansımız hələ də var".

saytlarin hazirlanmasi

Избранный
14
2
sportal.az

3Источники