Ajans.az İnterfaks-Ukrayna-ya istinadən xəbər verir ki, zərbələr nəticəsində ümumilikdə 1 nəfər ölüb, azı 4 nəfər yaralanıb. Hücuma məruz qalan obyektlər arasında “Roshen” şirkətinin Kiyevdə yerləşən şirniyyat istehsalı fabriki də var. Hücum nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər yaralanıb. Binanın yuxarı mərtəbəsində dağıntılar qeydə alınıb. Qeyd edək ki, “Roshen” şirkətinin təsisçisi Ukraynanın sabiq Prezidenti Petro Poroşenkodur.