RU

İranda İŞİD-in iki üzvü edam edildi

İranda 2023-cü ildə zəvvarları daşıyan avtobusda törədilən terror aktının təşkilində ittiham olunan İŞİD terror qruplaşmasının iki üzvünə ölüm hökmü icra edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

Sözügedən terror aktı paytaxt Tehran şəhərindən ölkənin qərbində, İraqla sərhəddə yerləşən İlam əyalətinə gedən avtobusda baş verib. Hadisə nəticəsində azyaşlı bir uşaq həyatını itirib, bir neçə sərnişin isə xəsarət alıb.

Məlumata görə, məhkəmə istintaqı zamanı saxlanılan şəxslərin terror aktının planlaşdırılması və icrasında birbaşa iştirak etdikləri müəyyən edilib və hökm qüvvəyə mindikdən sonra icra olunub.

Избранный
68
nocomment.az

1Источники