RU

“Xəbər dilində məsuliyyət, ənənəvi media və rəqəmsal platformalarda tipik səhvlər” mövzusunda təlim keçirilib (FOTO)

Bakı. Trend:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdindəfəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycandili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

Trend xəbərverir ki, təlimin üçüncü günündə ustad dərslərini Əməkdarjurnalist, AzTV-nin “Analitik qrupu”nun rəhbəri Faiq Hüsiyev, BakıDövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasınındosenti Fikrət Şiriyev, BDU-nun Yeni media və kommunikasiyanəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova keçib.

Faiq Hüsiyev təlimdə “Müasir televiziyada yeni trendlər”mövzusunda çıxış edib. O, jurnalistikanın bugünkü çağırışlarından,televiziya sahəsində baş verən dəyişikliklərdən və analitikverilişlərin efirlərdə artan rolundan danışıb.

Eyni zamanda, “ümumi türk dili” adı altında bəzi sözlərindilimizə daxil edilməsinin düzgün olmadığını, Azərbaycan dilininsaflığının, televiziya dilinin təmizliyinin qorunmasınınvacibliyini vurğulayıb. Çıxış zamanı Faiq Hüsiyev hər bir dövrünəsas tələbinin yeniliklərə uyğunlaşmaq olduğunu, süni intellektinisə yaxın gələcəkdə media sahəsində ciddi rəqibə çevriləcəyinidiqqətə çatdırıb.

BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyevisə “Media dili: səhvlər, vərdişlər və məsuliyyət” mövzusunda çıxışedib.

Təlimdə dilin inkişafı, xüsusilə terminlər, beynəlxalq sözlərmövzusunda geniş müzakirələr aparılıb. Fikrət Şiriyev qeyd edib ki,dillərin inkişafı çox vaxt başqa dillərdən alınan sözlərləbağlıdır. Məsələn, Azərbaycan dilində alınma sözlərin payı 60 faizəqədərdir. Son 30 ildə isə xüsusilə Avropa dillərindən çox sayda sözqəbul edilib.

Dosent, həmçinin dilin inkişafına təsir edən digər faktorları daqeyd edərək, latın dilinin dünyada əsas elmi, dini və hüquqi dilkimi geniş yayıldığını vurğulayıb. O, alınma sözlərin ana dilinəmənfi təsir etməsi ilə bağlı yanlış fikirlərin mövcud olduğunu dabildirib.

BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasınınmüdiri, dosent Xatirə Hüseynova “Televiziya, radio və ictimaiçıxışlarda yol verilən tipik səhvlər – savadlı şifahi nitq:tələffüz, intonasiya və vurğu məsələləri” mövzusunda çıxışedib.

Təlimdə televiziya, radio və ictimai çıxışlarda rast gəlinənnitq səhvlərinə dair geniş müzakirələr aparılıb. Xatirə Hüseynovanitqin yalnız filologiya sahəsi olmadığını və onun öyrənilməsininiki əsas sahəyə – danışıq texnikası və dil təmizliyinə bölündüyünüqeyd edib. O, həmçinin nitq və dil arasındakı fərqləri izah edərək,düzgün nitqin xüsusiyyətlərini və gözəlləşdirilmə üsullarınıdiqqətə çatdırıb.

Xatirə Hüseynova düzgün nəfəs almağın və nəfəs verməninvacibliyi, dialektlərin tələffüzdə istifadəsinin qəbuledilməzolması ilə bağlı mövzuya da toxunub. Xüsusilə televiziyajurnalistikasında dialektlərin istifadəsinin yanlış olduğunu,yalnız bəzən müsahibənin dilində bu cür ifadələrin rəng qatmaqməqsədilə yer ala biləcəyini bildirib.

Qeyd edək ki, keçirilən bu təlimlərin əsas məqsədi mediamühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi normaçərçivəsində istifadəsinin təşviq olunmasıdır.

“Xəbər
“Xəbər
“Xəbər
“Xəbər
“Xəbər
“Xəbər
“Xəbər
“Xəbər
“Xəbər
“Xəbər
Избранный
117
20
az.trend.az

10Источники