Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəLənkəran rayonunun Velədi kəndində vətəndaşın köməksiz vəziyyətdəqalması barədə məlumat daxil olub.
FHN-dən Trend-əverilən məlumata görə, dərhal nazirliyin Cənub Regional Mərkəzininxilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənolunub ki, vətəndaş - 1970-ci il təvəllüdlü Məhərrəmov Taleh Abidinoğlu “İsuzu” markalı avtobusun təmiri zamanı nəqliyyat vasitəsinindayaqdan sürüşməsi nəticəsində avtobusun altında köməksizvəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin tətbiqiilə T. Məhərrəmov nəqliyyat vasitəsinin altından çıxarılaraq xilasedilib.