Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türkiyənin Konya rayonunda müxtəlif cinayətlərə görə axtarışda olan şəxsin qadın paltarı geyinərək gizlənməsi məlum olub.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, şəhərdə müxtəlif cinayətlərə görə barəsində həbs qərarı olan 47 yaşlı Ö.S. polis əməkdaşları tərəfindən gizləndiyi evdə saxlanılıb. Onun tutulmamaq üçün qadın paltarı geyindiyi və tez-tez ünvan dəyişdirdiyi müəyyən edilib. Polis sənədləri saxtalaşdırma, təhqir, qadına qarşı zorakılıq və narkotik maddə istifadə etmə cinayətləri üzrə barəsində axtarış qərarı olan Ö.S. ilə bağlı əməliyyat tədbirlərinə başlayıb.
Müəyyən edilib ki, Ö.S. həyat yoldaşı S.S.-yə qarşı tətbiq etdiyi zorakılığa görə daha əvvəl 5 ayrı cinayət üzrə məsuliyyətə cəlb olunub. Barəsində 6 ay müddətinə şərti cəza verilib və ona elektron qolbaq təhkim olunub.
Polis müəyyən edib ki, Ö.S. yaxalanmamaq üçün həyat yoldaşının evinə qadın paltarı geyinərək daxil olub və buradakı təhlükəsizlik kamerasını sökərək qaçıb.
Polisdən qaçmaq üçün daim ünvan dəyişən Ö.S. gizləndiyi evdə polis tərəfindən yaxalanıb. Saxlanılan Ö.S. polis idarəsində aparılan prosedurlardan sonra məhkəməyə göndərilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.