RU

​Ərdoğan əlini öpən kişiyə 8 manat verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli medianın diqqət mərkəzinə düşüb. Metbuat.az xəbər verir ki, müzakirəyə səbəb olan hadisə Aydın şəhərində baş verib. Yeni inşa olunmuş yaşayış binalarının və xəstəxananın açılış mərasiminə qatılan dövlət başçısı əlini öpmək istəyən məktəbli qıza mane olmayıb. Uşağın ardınca atası da Ərdoğanın əlini öpüb. Prezident bu jesti cavabsız qoymayıb. O, əlini öpən kişiyə 200 lirə (8 manat) xərclik verib.

Türkiyə liderinin bu hərəkəti maraqla qarşılanıb. Səmimiyyətinə görə Ərdoğanı tərifləyənlərlə yanaşı, məbləğin azlığına görə onu qınayanlar da olub.

Избранный
8
metbuat.az

1Источники