Sumqayıtda Yəhya Məmmədov küçəsində çoxnəqliyyatlı yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az-ın yerli bürosu xəbər verir ki, hadisə ötmə qaydasının pozulması səbəbindən olub.
İlkin məlumata görə, “Hyundai” markalı yük maşını ötmə zamanı qarşı xəttə çıxaraq “BMW”yə çırpılıb. Zərbənin təsirindən idarəetməni itirən “BMW” daha sonra “Nissan” markalı avtomobilə dəyib.
Yük maşını isə yoldan çıxaraq yaxınlıqdakı obyektə çırpılıb və tikilinin dam hissəsini uçurub, ciddi ziyan vurub.
Hadisə ilə bağlı araşdırma aparılır.






