RU

Rus qadın tanışlıq saytında fırıldaqçıya 10 milyon rubl verib...

...SİA rus saytlarına istinadən xəbər verir ki, Xakasiya Respublikası Daxili İşlər Nazirliyinin məlumatına görə, Abakanda 45 yaşlı bir qadın tanışlıq saytında saxta investora etibar etdikdən sonra fırıldaqçıların qurbanı olub.

2025-ci ilin dekabr ayında zərərçəkmiş saytda bir kişi ilə tanış olub. O, özünü Viktor kimi təqdim edib. Onlar yazışmağa başlayıblar və yeni tanışı ona kriptovalyutaya sərfəli investisiya təklif edib və onu "təcrübəli mentor"la tanış edib. Tanışına inanan qadın "broker"lə əlaqə saxlayıb.

Qısa təlimdən sonra o, ilk əməliyyatını etməyi təklif edib. Zərərçəkmiş təqdim etdiyi məlumatlardan istifadə edərək 18.500 rubl, ertəsi gün isə telefon ekranında virtual mənfəət gördükdən sonra daha 50.000 rubl köçürüb.

Fırıldaqçıların rəhbərliyi altında o, ümumilikdə 4 milyon rubl olan bütün əmanətlərini çıxarıb və onları şəxsən Krasnoyarskdakı bir "menecerə" təhvil verib.

Daha sonra o, 3 milyon rubl kredit götürüb və qohumlarından daha 2 milyon borc alıb və yenidən pulu "investisiyalar" üçün istifadə edib.

Fırıldaqçılar etibarlı şəxsin bank kartına çıxış tələb etdikdə, zərərçəkənin dostu şübhələnərək onu polisə müraciət etməyə inandırəb.

Ümumi ziyan 10 milyon rubl təşkil etdi və cinayət işi açılıb...

Nazlı Almuradova

Избранный
33
1
sia.az

2Источники