“Müharibənin dayandırılması prosesinə və real təhlükəsizliyin təmin olunmasına ABŞ-ın monitorinqi və nəzarətinin zəruriliyinin başa düşülməsini çox yüksək qiymətləndirirəm. Amerika tərəfi müharibənin başa çatdırılması parametrlərinin təsdiqlənməsinin mümkün formatları və bunun üçün tələb olunan təhlükəsizlik şərtləri məsələsini qaldırıb”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabi danışıqlarının yekunlarından bəhs edərkən bildirib.
Zelenski qeyd edib ki, bu günlər ərzində keçirilən görüşlərin yekununda bütün tərəflər danışıqların hər bir aspekti üzrə öz hökumətinə məlumat vermək və liderlərlə gələcək addımları razılaşdırmaq barədə razılığa gəliblər:
“Hərbçilər mümkün növbəti görüş üçün suallar siyahısını müəyyən ediblər. İrəliləməyə hazır olunduğu təqdirdə - Ukrayna buna hazırdır növbəti görüşlər olacaq və potensial olaraq gələn həftə keçirilə bilər. Nümayəndə heyətinin qayıdışından sonra şəxsi məruzə gözləyirəm”.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта