Bakı. Trend:
Güləş üzrə Azərbaycan çempionatları Gəncədə baş tutacaq.
Trend-inməlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyasındanbildiriblər.
Məlumata əsasən, yarışlar Gəncə İdman Sarayında təşkil ediləcəkgüləş festivalı çərçivəsində keçiriləcək. Fevralın 3–7-dəyunan-Roma və sərbəst güləş üzrə U-20 ölkə çempionatı, ardıncaqadın güləşi üzrə U-15 və U-17 yaş qruplarında birincilik, fevralın9–13-də isə yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycançempionatı keçiriləcək.
11 gün davam edəcək turnirlər Dünya Güləş Birliyinin (UWW)qaydalarına uyğun təşkil olunacaq. Görüşlərdə yerli hakimlərləyanaşı, xaricdən dəvət olunmuş ən yüksək (I-S) kateqoriyalıreferilər də iştirak edəcəklər.
Çempionatların nəticələrinə əsasən, ilk üç yeri tutan idmançılarmüvafiq yaş qrupları üzrə milli komandaların heyətinə cəlbediləcəklər.
Qeyd edək ki, U-20 Azərbaycan çempionatının açılış mərasimifevralın 3-də, U-17 yaş qrupu üzrə açılış isə fevralın 9-dakeçiriləcək. Gəncə İdman Sarayı ötən il də güləş üzrə U-15 ölkəbirinciliyinə ev sahibliyi edib.