RU

Terrorun qarşısında canı bahasına dayanan qadın Neerjanın unudulmayan qəhrəmanlığı FOTO

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Terror aktı zamanı sərnişinləri xilas etmək üçün həyatını qurban verən stüardessa Neerja Bhanotun hekayəsi bu gün də dünyada cəsarət və insanlıq nümunəsi kimi xatırlanır.

Milli.Az xəbər verir ki, hadisə 1986-cı il sentyabrın 5-də baş verib.

ABŞ-nin "Pan Am" aviaşirkətinə məxsus Mumbay-Frankfurt-Nyu-York reysi Pakistanda, Karaçi hava limanında dayanarkən silahlı terrorçular tərəfindən ələ keçirilib. Təyyarədə olan 22 yaşlı hindistanlı stüardessa Neerja Bhanot həmin vaxt uçuşun baş stüardessası olub.

Terrorçular ilk olaraq amerikalı sərnişinləri müəyyənləşdirməyə çalışıblar. Neerja isə böyük riskə gedərək ABŞ vətəndaşlarına aid pasportları gizlədib və bununla da onlarla insanın həyatını xilas edib. Girovluq 17 saat davam edib.

Gərginliyin pik həddə çatdığı anda terrorçular atəş açmağa başlayıblar. Təyyarədə panika yaranarkən Neerja qaçmaq əvəzinə uşaqları və yaşlı sərnişinləri çıxış qapılarına yönəldib. Məlumata görə, o, üç uşağı öz bədəni ilə qorumağa çalışarkən güllələnib. Ağır yaralanan Neerja xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onun fədakarlığı nəticəsində 300-dən çox sərnişin sağ qalmağı bacarıb. Neerja Bhanot ölümündən sonra Hindistanın sülh dövründə verilən ən ali mükafatı, "Aşok Çakra" ordeni ilə təltif edilib və bu mükafatı alan ən gənc şəxs olub. O, həmçinin ABŞ və Pakistan tərəfindən də xüsusi şəkildə anılıb.

2016-cı ildə Neerja Bhanotun həyat və qəhrəmanlığından bəhs edən "Neerja" adlı film çəkilib.

Bu gün Neerjanın adı terrora qarşı insanlığın, qorxuya qarşı cəsarətin simvolu kimi tarixdə qalmaqda davam edir.

Kənan

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
77
2
news.milli.az

10Источники