RU

"Alınmayanda alınmır" - Qurban Qurbanov

Misli Premyer Liqasının XVII turunun “Qarabağ” – “Kəpəz” oyunundan (0:2) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

“Azər Bağırovu və komandasını təbrik edirəm. Çox yaxşı mübarizə apardılar və layiqli qalibiyyət əldə etdilər. Çox istəkli idilər, udmaq istəyirdilər. Futbolçularıma gəlincə, alınmayanda alınmır. Əziyyət çəkdilər, yoruldular. Çempionatın ikinci hissəsinə daha yaxşı başlamaq istəyirdik. Buna baxmayaraq, qarşıda asan oyunumuz olmayacaq. Bütün matçlara maksimum hazırlıq, maksimum motivasiya ilə çıxmalıyıq. Qarşıdakı günlərdə “Liverpul”la matça hazırlaşmalıyıq. Komandalar daha təcrübəli olublar. Bir-birini daha yaxşı tanıyırlar. Daha aktiv, məsuliyyətli olmalıyıq. Mübarizə aparacağıq. Hər bir xal dəyərlidir”.

Избранный
50
5
fanat.az

10Источники