Misli premyer-liqasının 17-ci turunun ilk günü daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub. Ukraynalı Andrey Demçenko “Araz-Naxçıvan”ı “İmişli” ilə səfər görüşünə çıxarıb. Debütantın komandası məhsuldar heç-heçəyə imza atıb – 2:2.
"Football-plus.az" xəbər verir ki, Demçenko premyer-liqada cari mövsümdə debüt edən 5-ci əcnəbi mütəxəssisdi. Saşa İliç (Sumqayıt) və Jorj Kaşkilya (İmişli) 1-ci, Valdas Dambrauskas (Sabah) 2-ci, Yuri Vernidub (Neftçi) 15-ci turda debüt edib.
Bununla da ölkə çempionatlarının yüksək liqasında baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 70-ə çatıb. Demçenko premyer-liqa tarixində 11-ci ukraynalı baş məşqçi olub.
O, “Araz-Naxçıvan”ın tarixində ilk legioner çalışdırıcısı olub. Naxçıvan təmsilçisi premyer-liqada əcnəbi mütəxəssisə güvənən 21-ci komandadı. Bunadək 20 klubda əcnəbi baş məşqçi çalışmışdı.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта