RU

Ukrayna prezidenti BƏƏ-də keçirilən üçtərəfli danışıqları konstruktiv adlandırıb

Bakı. Trend:

Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə BƏƏ-dəkeçirilən üçtərəfli görüş konstruktiv formatda keçib.

Trend-inməlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz"Telegram" kanalında yazıb.

"Danışıqlar hər üç tərəfdən hərbi nümayəndələrin iştirakı ilədavam edib. Bu gün bizim tərəfimizdən Rüstəm Umerov, KirillBudanov, Andrey Qnatov, David Araxamiya, Sergey Kislitsa və VadimSkibitski, Amerika tərəfində isə Stiv Uitkov, Cared Kuşner, DenDriskol, Aleks Qrinkeviç və Coş Qrunbaum olublar. Rusiya tərəfindənhərbi kəşfiyyatın və onların ordusunun nümayəndələri iştirak edib.Müzakirələrin əsas diqqət mərkəzində müharibənin sona çatması üçünmümkün parametrlər olub.

Amerikanın müharibənin sona çatması və real təhlükəsizliyinqorunması prosesinin monitorinqi və nəzarətinə ehtiyac olduğunuqəbul etməsini yüksək qiymətləndirirəm", - deyə o bildirib.

Избранный
79
2
az.trend.az

3Источники