
ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə növbəti danışıqlar raundunun 1 fevralda Əbu-Dabidə başlaması planlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, “Reuters” bu barədə adı çəkilməyən Amerika rəsmisinə istinadən məlumat yayıb.
“Axios” jurnalisti Barak Ravid də eyni məlumatı yayıb:
“ABŞ rəsmisi bildirib ki, ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar gələn bazar günü Əbu-Dabidə bərpa olunacaq”.
Jurnalist həmçinin Moskva və Kiyevin üçtərəfli danışıqlar aparmaq barədə razılığının irəliləyiş gördüklərini nümayiş etdirdiyinə inanan ABŞ administrasiyasının rəsmisinə istinad edib.