Niderland Erediviziyasında 20-ci tura start verilib.
"Unikal" xəbər verir ki, turun açılış matçında Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün çıxış etdiyi "Volendam" səfərdə "Ayaks"a 0:2 hesabı ilə məğlub olub.
Kökçü start heyətdə meydana çıxıb və sonadək oynayıb. Bu qələbədən sonra xallarını artıran "Ayaks" turnir cədvəlində 2-ci pillədəki yerini möhkəmlədib.