RU

Salyanda zəncirvari yol qəzası olub, yeddi nəfər xəsarət alıb

Salyanda zəncirvari yol qəzası baş verib, yeddi nəfər xəsarət alıb.

"Far.Az"un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Qəza nəticəsində xəsarət alan yeddi nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
97
8
far.az

10Источники