RU

''İnter''in əfsanəsindən Mourinyo etirafı

''İnter'' tarixində böyük iz buraxmış isimlərdən olan Xavyer Zanetti karyerasına aid maraqlı etiraflar edib.

"Football-plus.az" xəbər verir ki, hazırda 52 yaşı olan Zanetti karyerasının 19 ilini həsr etdiyi ''İnter''də vitse-prezident vəzifəsini icra edib. O, karyerasını vərəqləyərkən Joze Mourinyonu digərlərindən fərqləndirib.

Xatırladaq ki, Mourinyolu ''İnter'' 2009/10-da trebl qazanmışdı. Həmin ''İnter'' indiyə qədər də ÇL-i qazanan sonuncu İtaliya təmsilçisidi. Zanettini dinləyək: ''Şübhəsiz, karyeramda ən mühüm iz buraxan məşqçi Mourinyodu. O hər zaman mənimlə birlikdədi. Unudulmaz, bəlkə də bir daha təkrar olunmayacaq bir şeylər yaşamışdıq. Mərhum Cici Simonini də fərqləndirərdim. Mənim üçün ata kimi idi. Hər şeyi sadə hala gətirirdi. Mourinyo isə əsil lider idi. Qarşındakını öz sözlərinə inandırmağı bacarırdı. Güclü və konkret ifadələr işlədirdi. Onunla tanış olduğumuz anı gözəl xatırlayıram. İyun ayı idi. Argentinaya qayıdırdım və Roma hava limanında idim. Portuqaliya nömrəsindən bir zəng gəldi. ''Mən Joze Mourinyoyam, ''İnter'' ilə anlaşmışam və sən mənim kapitanım olacaqsan'' dedi. İtalyan dilində yaxşı danışa bilmədiyi üçün üzr istədi. Amma kifayət qədər yaxşı danışırdı. Konkret dürüst və mükəmməl bir məşqçi idi''.

Избранный
38
1
football-plus.az

2Источники