RU

Coş Cinnelli “Turan Tovuz”da! – Rəsmi – ARENA.AZ

Uelsin “Suonsi Siti” klubunun keçmiş hücumçusu, ingilis futbolçu Coş Cinnelli bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

“Aston Villa”nın yetirməsi olan ingiltərəli futbolçu ilə 1,5 + 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. O, yeni klubuna azad agent kimi keçib.

Coş Cinnelli karyerası ərzində vətənində “Şrusberi Taun”, “Börnli”, “Altrinçem”, “Linkoln Siti”, “Tranmer Rovers”, “Uolsol”, “Preston Nort End”, “Bristol Rovers”, Şotlandiyada isə “Harts”ın şərəfini qoruyub. O, son olaraq İngiltərə Çempionşipində mübarizə aparan “Suonsi Siti”nin formasını geyinib. 28 yaşlı hücumçu 2023-cü ilin yayında qoşulduğu Uels klubundan 2025-ci ilin sentyabrında ayrılandan bəri işsiz idi. O, “Suonsi Siti”nin heyətində cəmi 12 oyuna çıxıb və 2 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
80
9
arena.az

10Источники