Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.
''Qalatasaray'' 2026-cı ilin ilk transferini rəsmən açıqlayıb."Football-plus.az" xəbər verir ki, hələ cümə axşamı gecə saatlarında İstanbula gələn və tibbi müayinədən uğurla keçən ''Napoli''nin vingeri Noa Lanq mövsümün sonuna qədər icarəyə götürülüb. Bu futbolçunun yarım mövsümlük dönəmi İstanbul nəhənginə 3,75 milyon avroya başa gələcək! Belə ki, ''Napoli''yə 2 milyon avro icarə haqqı veriləcək. Lanqın özünə isə 1 milyon 750 min avro maaş ödəniləcək. Müqaviləyə məcburi olmayan daimi transfer maddəsi də salınıb. Lanq imzanın ardından bunları deyib: ''Qalatasaray'' kimi böyük klubda oynamaq mənim üçün fəxrdi. Bu klubdasansa, deməli çempionluğa oynayırsan. Mertens ilə söhbət etməmişəm. Amma mən də onun kimi həm PSV, həm də ''Napoli''də oynamışam. Maraqlı bir təsadüfdü. Böyük zəfərlər üçün gəlmişəm. Artıq başlamaq və çempion olmaq istəyirəm''. Qeyd edək ki, ötən yay ''Napoli''nin 25 milyon avroya transfer etdiyi Lanq İtaliyada ümidləri doğrulda bilməyib. O, 27 qarşılaşmada yalnız 1 qol, 2 məhsuldar ötürməlik performans sərgiləyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.