RU

Serdar Ortaç səhnədə yıxıldı

Türkiyə pop musiqisinin tanınmış simalarından biri, uzun illərdir Multiple Skleroz (MS) xəstəliyindən əziyyət çəkən Serdar Ortaç konsert zamanı səhnədə tarazlığını itirərək yıxılıb.

Publika.az xəbər verir ki, bu barədə "Hürriyet"məlumat yayıb.

Bildirilib ki, hadisə Ortaçın canlı çıxışı zamanı baş verib və müğənni bir anlıq nəzarəti itirib.

Şahidlərin sözlərinə görə, səhnədə qısa müddətli gərginlik yaranıb. Konsert heyəti və təhlükəsizlik əməkdaşları dərhal sənətçiyə kömək edərək onu ayağa qaldırıblar. Serdar Ortaç tamaşaçıların alqışları fonundaçıxışını yarımçıq qoymadan davam etdirib.

Türkiyə mətbuatı yazır ki, müğənninin səhhəti ilə bağlı ciddi problem qeydə alınmayıb, lakin ehtiyat məqsədilə səhnə arxasında qısa tibbi nəzarətdən keçirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.

Избранный
158
50
publika.az

10Источники