RU

Hündürmərtəbəli binada partlayış oldu - Sakinlər təxliyə edildi

Nyu-Yorkda qaz partlayışı nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, Bronks rayonunda yerləşən çoxmənzilli yaşayış binasında qaz partlayışı baş verib və ardınca yanğın başlayıb.

Binadakı 148 mənzilin bütün sakinləri təxliyə edilib, kommunikasiya xətləri dayandırılıb, zərərçəkənlər üçün yaxınlıqdakı məktəbdə müvəqqəti yaşayış mərkəzi təşkil olunub.

Bizim.Media

Избранный
55
1
bizim.media

2Источники