RU

Hindistanda "Nipah" virusunun yayılmasının qarşısını almağa çalışırlar

BAKI, 25 yanvar. TELEQRAF

Hindistanın hakimiyyət orqanları Qərbi Benqal ştatında "Nipah" virusunun yayılmasını məhdudlaşdırmaq üçün tədbirlər görməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.

Hindistanın şərqində yerləşən Qərbi Benqal ştatında "Nipah" virusuna yoluxma halları beşə çatıb. Yoluxanlar arasında həkim və tibb bacılarının da olduğu bildirilir.

Qəzetin yazdığına görə, 100-dən çox şəxs karantinə alınıb, yoluxmuş xəstələr isə müalicə olunur. Məlumata əsasən, xəstələrdən biri daha əvvəl Hindistan–Banqladeş sərhədinə yaxın ərazidə olub.

"Nipah" virusu (NiV) əsasən meyvəyarasaları tərəfindən yayılır, heyvanlardan insanlara keçə bilir və ağır ensefalit, eləcə də tənəffüs yolu infeksiyalarına səbəb ola bilər. Bəzi hallarda virusun ölüm göstəricisi 80 faizə qədər yüksəlir. Cənubi və Cənub-Şərqi Asiyanın müxtəlif bölgələrində hər il Nipah virusu ilə bağlı yoluxmalar qeydə alınır. Xəstəlik ilk dəfə 1998-ci ildə aşkarlanandan bəri təxminən min nəfərin yoluxduğu bildirilir.

Qərbi Benqal ştatında vəziyyətin qiymətləndirilməsi və mümkün yayılmanın qarşısının alınması məqsədilə operativ reaksiya qrupu yaradılıb.

Избранный
90
teleqraf.com

1Источники