RU

Sürücülər üçün təhlükə törədən səki: "Nə işıq, nə yol nişanı var"

"Baku" TV-nin "Qaynar xətt"inə müraciət edən bir qrup sürücü Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsindəki yolun vəziyyətindən şikayətçi olub. Sürücülər bildiriblər ki, yolun ortasındakı daş səkilər gecə saatlarında görünmədiyi üçün ərazidə tez-tez qəzalar baş verir.

Publika.az xəbər verir ki, sürücülərdən biri problemin texniki təchizatla bağlı olduğunu vurğulayıb: "İşıq yoxdur, yol nişanı yoxdur. Qaranlıqda oranı görmək mümkün deyil. Yola məsul olan qurumlar kimdirsə, gəlib bu məsələni düzəltməlidirlər".

Digər şikayətçi isə hava şəraitinin qəza riskini artırdığını qeyd edib:

"Orada neçə dəfə qəza baş verib. Xüsusən də yağışlı havalarda həmin hissəni heç görmək olmur".

Избранный
36
1
publika.az

2Источники