RU

Rusiyalı qadın qulaqlığı həblə səhv salıb uddu

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Rusiyanın Ufa şəhər sakini olan psixoloq, Mariya adlı qadın "AirPods" qulaqlıqlarını həblərlə səhv salaraq udub.

Bu barədə Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən yazır.

Məlumata görə, o, "AirPods"ları içində bir ovuc həbin olduğu cibinə atıb. Dərman qəbul etmə vaxtı çatdıqda, fikir vermədən onları içib. Mariya bir anlıq narahatlıq hiss etsə də, bunun böyük, udulması çətin olan həb olduğunu düşünüb və ona görə çox da əhəmiyyət verməyib. Qulaqlıqları çıxarmaq üçün cibinə əlini uzatdıqda isə birinin olmadığını görüb.

Qadın xəstəxanaya müraciət edib və orada rentgen müayinəsindən keçib. Müayinə qulaqlığın Mariyanın mədəsində olduğunu təsdiqləyib. Lakin həkimlər qulaqlığı çıxarmaqdan imtina ediblər, çünki bu qadını zədələyə və vəziyyəti daha da pisləşdirə bilərdi. Mariyanı evə buraxıblar və qulaqlığın öz-özünə çıxmasını gözləməsini tövsiyə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
57
oxu.az

1Источники