RU

Maduronun ələ keçirilməsi zamanı istifadə edilən silahın adı açıqlanıb

ABŞ Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi zamanı "Discombobulator" adlı silahdan (ingilis dilindən tərcümədə “Dezorientator”) istifadə edib.

Bu barədə "The New York Post" (NYP) qəzeti məlumat yayıb.

“Bu, ‘Dezorientator’dur. Mən onun haqqında danışa bilmərəm”, – deyə ABŞ lideri Donald Tramp NYP-yə müsahibəsində bildirib.

Qəzet həmçinin Ağ Evin mətbuat katibi Kerolayn Levittin səhifəsində dərc olunan, Venesuela prezidentinin mühafizə xidmətində çalışan şəxslərdən birinin sözlərini də sitat gətirib. Həmin şəxs “Dezorientator”un zərbəsini “çox güclü səs dalğası” ilə müqayisə edib.

APA

Избранный
77
11
qaziler.az

10Источники