ain.az, Ayna saytına istinadən bildirir.
Mikroavtobus fəhlələri işə aparırmış
Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən verdiyi məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki hərəkətdə olan “Qazel” markalı mikroavtobus aşıb.
Qəza zamanı bir nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Məlumata görə aşan “Qazel” markalı mikroavtobus fəhlələri işə aparırmış.
Hadisə nəticəsində ölən sərnişin 2000-ci il təvəllüdlü V.Əsgərovdur. Xəsarət alanlardan M.Zülfüqarovun adı məlum olub, digərlərinin adı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.