RU

“Sabah” “Qarabağ”la xal fərqini artıra biləcək?

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulacaq.

Msport.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Sumqayıt”la üz-üzə gələcək. Tovuz stadionunun qazonu hazır vəziyyətdə olmadığı üçün Sumqayıtda keçiriləcək görüşdə nominal meydan sahibi “Turan Tovuz” olacaq.

Hazırda hər iki komandanın aktivində 27 xal var. Bu matçda qələbə qazanacaq komanda turnir cədvəlində “Zirə”ni geridə qoyaraq üçüncü pilləyə yüksələcək.

Turun son oyununda  lider “Sabah” “Karvan-Yevlax”ı qəbul edəcək. Paytaxt klubu bu oyunda qalib gəlsə, “Qarabağ”la xal fərqini 4-ə yüksəldəcək.

25 yanvar (bazar) 

16:00. “Turan Tovuz” – “Sumqayıt”
Hakimlər:
 Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Zöhrab Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:30. “Sabah” – “Karvan-Yevlax”
Hakimlər:
 Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
“Bank Respublika Arena”

23 yanvar (cümə)

“İmişli” – “Araz-Naxçıvan” – 2:2

“Neftçi” – “Zirə” – 0:0

24 yanvar (şənbə)

“Şamaxı” – “Qəbələ” – 0:4

“Qarabağ” – “Kəpəz” – 0:2

Избранный
18
2
msport.az

3Источники