Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Əbu-Dabidə ABŞ və Ukrayna ilə üçtərəfli danışıqlar zamanı Rusiya tərəfi ərazi məsələləri ilə bağlı Vaşinqtonun mövqeyi ilə razılaşmaq məcburiyyətində qalıb.
Axar.az xəbər verir ki, bu barədə “Tayms” rusiyalı diplomata istinadla məlumat yayıb.
“Əvvəlcə ərazi güzəştləri ilə bağlı bir növ öhdəlik almağa ümid edirdik, amma sonda sadəcə amerikalılarla razılaşmalı olduq”, - diplomat bildirib.
Qeyd edək ki, Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında ilk üçtərəfli danışıqlar 23-24 yanvar tarixlərində baş tutub. Danışıqların yeni raundunun gələn həftə baş tutacağı bildirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.