RU

ABŞ-la gərginlikdən sonra Qrenlandiyada kommunal xidmət iflic olub

Qrenlandiyanın paytaxtı Nuukda güclü küləklərin ötürücü xətdə problem yaratması səbəbilə genişmiqyaslı elektrik kəsintisi yaşanıb.

APA xəbər verir ki, bu barədə AlJazeera məlumat yayıb.

Dövlətə məxsus kommunal xidmət qurumu bildirib ki, Arktika adası ABŞ Prezidenti Donald Trampın adaya dair ərazi iddiaları ilə əlaqədar yaranmış böhranın təsirlərini də yaşayır.

Sosial şəbəkə istifadəçiləri eyni vaxtda baş verən qəfil işıqların sönməsi barədə paylaşım etməyə başlayıblar. Bu barədə Qrenlandiyanın Sermitsiaq qəzeti də məlumat yayıb.

Kommunal xidmət şirkəti Facebook-da bildirib ki, əsas Buksefjord su-elektrik stansiyasında əsən güclü küləklər “ötürmə xəttində xəta” yaradıb və elektrik enerjisinin bərpası üçün ehtiyat stansiya vasitəsilə iş aparılır.

Bəzi ərazilərdə su təchizatı da pozulub, eləcə də internet bağlantısında problemlər yaranıb.

Kommunal xidmətin yenilənmiş məlumatına görə, bazar günü səhər saat 03:30-a qədər təxminən 20 min əhalisi olan şəhərin 75 faizinə elektrik enerjisi bərpa edilib. Şirkət eyni zamanda sistemin yenidən işə salınması davam etdiyi üçün insanları elektrik cihazlarından istifadədə qənaətli olmağa çağırıb.

Elektrik kəsintisi hökumətin təbii fəlakətlərə hazırlıqla bağlı məlumat kitabçası yaymasından qısa müddət sonra baş verib. Kitabçada Qrenlandiyalılara ən azı beş gün kifayət edəcək qədər içməli su, qida, dərman, isti geyim və alternativ rabitə vasitələri ehtiyatda saxlamaq tövsiyə olunub.

Избранный
75
9
apa.az

10Источники