RU

WhatsApp işlədənlərə xəbərdarlıq- yazışmalarınız oxunub- İş məhkəməyə getdi

“Meta” korporasiyası istifadəçilərin WhatsApp yazışmalarına çıxış imkanına malik olduğu iddiası ilə dələduzluqda günahlandırılıb və məhkəməyə verilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, bir neçə ölkədən olan istifadəçilər “Meta”-ya qarşı birgə iddia qaldıraraq, şirkətin şəxsi yazışmaların məxfiliyini pozduğunu bildiriblər. İddiaçılar hesab edirlər ki, “Meta”-ya məxsus olan WhatsApp messencerində mesajların üçüncü tərəflər üçün əlçatan olması, istifadəçilərə verilən məxfilik zəmanətlərinə ziddir və bu, açıq şəkildə aldadıcı praktikadır.

Şikayətdə vurğulanır ki, “Meta” istifadəçilərə tam ucdan-uca şifrələmə (end-to-end encryption) vəd etsə də, faktiki olaraq şirkətin özü və onun tərəfdaşları yazışmalara müəyyən texniki mexanizmlər vasitəsilə çıxış əldə edə bilirlər. Bu isə şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar doğurur.

Mütəxəssislər bildirirlər ki, bu məhkəmə prosesi texnologiya nəhənglərinin istifadəçi məlumatlarına nəzarəti məsələsində presedent yarada bilər. Əgər ittihamlar sübuta yetirilərsə, “Meta” həm böyük məbləğdə cərimələrlə, həm də fəaliyyət prinsiplərində ciddi dəyişikliklər etmək zərurəti ilə üzləşə bilər.Musavat.com

Избранный
28
veteninfo.az

1Источники