RU

“Naftoqaz” enerji sisteminin sabitləşdirilməsi üçün Avropadan elektrik idxalını artırıb

BAKI, TurkicWorld

Ukraynanın "Naftoqaz" şirkəti ölkənin enerji sistemini sabitləşdirmək məqsədilə bu həftə Avropadan elektrik enerjisi idxalını artırıb.

TurkicWorld-un məlumatına görə, bu barədə şirkətdən bildiriblər.

"Hökumət qərarında nəzərdə tutulduğu kimi, idxal olunan elektrik enerjisi alışının həcmi artıq bütün Naftogaz müəssisələrinin ehtiyaclarının 50%-dən çoxunu ödəyir", - deyə şirkətin idarə heyətinin sədri Sergey Koretski qeyd edib.

Onun sözlərinə görə, müvafiq həcmdə elektrik enerjisi məişət istehlakçılarının ehtiyacları üçün sərbəstləşdirilib.

Избранный
17
2
turkic.world

5Источники