RU

Füzulidə avtomobillər buz bağlamış yolda qalıbVİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Füzuli rayonu ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

FHN-dən Xezerxeber.az-a bildirilib ki, yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “Jeep" və "Mitsubishi" markalı minik avtomobillərinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq kömək göstərilib.

Избранный
60
33
xezerxeber.az

10Источники