RU

Yeni yayılan virusun əlamətləri

Nipah virusu nadir, lakin yüksək ölüm riski ilə müşayiət olunan zoonoz infeksiyalardan biridir.

“Yeni Sabah” xəbər verir ki, hazırda Hindistanda yayılan virus əsasən yarasalar vasitəsilə yayılır, bəzi hallarda insandan insana da keçə bilir. Xəstəliyin əlamətləri ilkin mərhələdə adi respirator infeksiyanı xatırlatsa da, sonradan ağırlaşa bilər.

Nipah virusunun əsas əlamətləri bunlardır:

yüksək hərarət (38–40°C),

güclü baş ağrısı,

əzələ və oynaq ağrıları,

halsızlıq və ümumi zəiflik,

boğaz ağrısı və öskürək,

qusma və ürəkbulanma.

Xəstəlik ağırlaşdıqda isə sinir sisteminin zədələnməsi müşahidə olunur. Bu mərhələdə:

huşun bulanması,

yön itirmə,

qıcolmalar,

beyin iltihabı (ensefalit),

koma halları baş verə bilər.

Mütəxəssislərin məlumatına görə, Nipah virusunun inkubasiya dövrü adətən 5–14 gün, bəzi hallarda isə 45 günə qədər uzana bilər. Xəstəliyin spesifik müalicəsi və peyvəndi olmadığı üçün erkən diaqnoz və təcrid tədbirləri xüsusi əhəmiyyət daşıyır.

Səhiyyə qurumları riskli bölgələrdə gigiyena qaydalarına riayət etməyi, çiy meyvə şirələrindən və yarasalarla təmasdan çəkinməyi tövsiyə edir.


Telegram kanalımız
Избранный
96
2
yenisabah.az

3Источники