RU

“Qalatasaray” yeni transferini açıqladı

Türkiyənin “Qalatasaray” klubu İspaniyanın “Jirona” komandasında çıxış edən kolumbiyalı futbolçu Yaser Asprillanın transferini yekunlaşdırmaq üzrədir.

İdman.Biz xəbər verir ki, “sarı-qırmızılar” futbolçu və onun klubu ilə razılıq əldə edib. Yaser Asprilla transferi tamamlamaq üçün gecə saatlarında İstanbula gəlib.

Razılaşmaya əsasən, Yaser Asprilla “Qalatasaray”a icarə əsasında keçəcək. Müəyyən sayda oyuna çıxacağı təqdirdə isə müqavilədə məcburi satınalma bəndi qüvvəyə minəcək. Futbolçunun tam transferi baş tutarsa, “Qalatasaray” üçün ümumi məbləğ 23 milyon avro (təxminən 46 milyon AZN) təşkil edəcək.

İdman.Biz
Избранный
29
idman.biz

1Источники