RU

Hindistanda mebel mağazasında baş verən yanğında azı beş nəfər ölüb

Bakı. Trend:

Hindistanın cənubunda, Telanqana ştatının Haydarabad şəhərindəyerləşən dördmərtəbəli mebel mağazasında baş verən yanğında azı beşnəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə yerli PTI agentliyi rəsmişəxslərə istinadən xəbər yayıb.

Məlumata əsasən, yanğın şənbə günü başlayıb və yanğınsöndürənlərartıq 20 saatdan çoxdur alovla mübarizə aparırlar.

Telanqana ştatının yanğınsöndürmə xidmətinin rəhbəri VikramSinqh Mann bildirib ki, mağaza sahibi ehtiyatsızlıq nəticəsində başverən insan tələfatına görə məsuliyyətə cəlb olunacaq.

Xilasetmə xidmətləri ölənlərin sayının arta biləcəyini istisnaetmir. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyatlardavam etdirilir.

Избранный
103
az.trend.az

1Источники