RU

ABŞ-ın Minneapolis şəhərində keçirilən etirazlarda nümayişçilər miqrasiya agentlərinin şəhərdən çıxarılmasını tələb ediblər - FOTOLENT

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində etirazçılar küçələrə çıxaraq federal miqrasiya agentlərinin (ICE) fəaliyyətinə etiraz ediblər.

APA xəbər verir ki, bu barədə Al Jazeera məlumat yayıb.

Məlumata görə, etirazlar, miqrasiya agenti tərəfindən bir miqrant qadının öldürülməsi ilə nəticələnmiş insidentdən sonra şəhər sakinləri və fəallar arasında narazılığın artması fonunda təşkil olunub.

Nümayişçilər “ICE getməlidir” şüarları ilə polis və federal agentliklərin ofislərinə tərəf yürüş edib, müəyyən məntəqələrdə isə qarşıdurmalar da qeydə alınıb.

Təqdim olunan fotoşəkillərdə insanlar pankartlar, miqrasiya siyasətinə qarşı olan yazılar və etiraz aksiyalarının müxtəlif səhnələri ilə görünür.

Etirazların məqsədi miqrasiya siyasətində dəyişiklik tələb etmək və icra orqanlarının müəyyən addımlarına etiraz etməkdir.

ABŞ-ın ABŞ-ın ABŞ-ın ABŞ-ın ABŞ-ın ABŞ-ın ABŞ-ın ABŞ-ın
Избранный
22
1
apa.az

2Источники