RU

Kenquru velosipedçini vurdu, amma o yenə də birinci oldu VİDEO

ain.az bildirir, Idman.biz portalına istinadən.

Avstraliyada keçirilən “Tour Down Under” veloyürüşü zamanı qeyri-adi hadisə baş verib.

İdman.Biz xəbər verir ki, yarışın gedişində bir kenquru qəfil yola çıxaraq velosipedçilərin qarşısını kəsib. Heyvanın yoldan keçdiyi anda peloton (yarış zamanı velosipedçilərin əsas, sıx hərəkət edən qrupu) sürətlə hərəkətdə olub. İdmançılardan biri toqquşmadan yayına bilməyib və həm velosipedçi, həm də kenquru yerə yıxılıb. Digər iştirakçılar isə vaxtında əyləci sıxaraq Avstraliyanın “qanuni sakini”nə yol veriblər.

Qəza yaşayan velosipedçinin Cey Vayn olduğu müəyyənləşib. Yıxılmasına və ayağından zədə almasına baxmayaraq, idmançı yarışı davam etdirib və bütün çətinliklərə rəğmən finişə birinci çataraq qalib olub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
1
icma.az

2Источники