RU

Bakıda iş yoldaşının kartından onlayn yolla oğurluq edən şəxs saxlanıldı

Qaradağ rayonu ərazisində bir nəfərin bank kartından 1200 manat pul oğurlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı N. Ataşov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin zərərçəkənin iş yoldaşı olduğu və onun telefonundan mobil tətbiq vasitəsilə ödənişi öz hesabına köçürdüyü müəyyən edilib.

Araşdırma davam etdirilir.


Telegram kanalımız
Избранный
125
35
yenisabah.az

10Источники